Son 17 ildə Neft Fondundan dövlət büdcəsinə edilən köçürmələr - CƏDVƏL


Gələn ilin dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 28% həcmində olmaqla nominal ifadədə 22 milyard 917,5 milyon manat  proqnozlaşdırılır.  Yeniavaz.com Maliyyə Nazirliyi tərəfindən açıqlanan 2019-cu ilin dövlət və icmal büdcələrinin layihələrində qeyd olunur ki, Dövlət Neft Fondundan transfertlər çıxılmaqla dövlət büdcəsinin gəlirləri 2018-ci ilin proqnozu ilə müqayisədə 370,2 milyon manat və ya 3,3%, 2017-ci ilin icrası ilə müqayisədə isə 1 milyard 136,5 milyon manat və ya 10,9% çoxdur.
Gələn il üçün proqnozlaşdırılan dövlət büdcəsinin gəlirlərinin 59,8%-i və ya 13 milyard 700,3 milyon manatı neft sektorunun, 40,2%-i və ya 9 milyard 217,2 milyon manatı qeyri-neft sektorunun payına düşür.  2018-ci ilin proqnozu ilə müqayisədə neft sektorunun gəlirləri 354,3 milyon manat və ya 2,7% çox, qeyri-neft sektorunun gəlirləri isə 414,2 milyon manat və ya 4,7% çoxdur.
Neft sektoru üzrə büdcə gəlirlərinin 82,9%-i və ya 11 milyard 364,3 milyon manatı Neft Fondundan transfertlər, 17,1%-i və ya 2 milyard 336 milyon manatı vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edir.
Qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin 54,1%-i və ya 4 milyard 980 milyon manatı vergi orqanlarının xətti ilə daxilolmalar, 37,4%-i və ya 3 milyard 451,6 milyon manatı Dövlət Gömrük Komitəsindən daxilolmalar, 8,5%-i və ya 785,6 milyon manatını isə digər gəlirlər təşkil edir.
Son 17 ildə dövlət büdcəsinin gəlirləri, Neft Fondundan dövlət büdcəsinə edilən transfertlər və transfertlərin büdcədəki payı belə olub:

DİGƏR XƏBƏRLƏR

Top