
Portuqaliya yığmasının və “Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldu “Instagram” sosial şəbəkəsində rekord sayda izləyici toplayıb. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, 2016-cı ildı “Instagram”da ən populyar adam amerikalı müğənni Selena Qomes olub.
Hazırda onun sosial şəbəkəsindəki hesabını 144 318-dən çox adam izləyir. K.Ronaldunun səhifəsində isə izləyicilərin sayı 144 311-ni ötüb. Bununla da portuqaliyalı futbolçu “Instagram”da ən populyar adam oldu.
Tətbiqimizi yükləyə bilərsiniz