Səfir: "Fransa "Dağlıq Qarabağ Respublikası"nı tanımır"


"Fransanın Azərbaycandakı səfiri olaraq Dağlıq Qarabağ münaqişəsi qurbanlarına və onların ailələrinə, eləcə də çoxsaylı məcburi köçkünlərə bir daha səmimi hisslərimi ifadə edirəm". Bu açıqlamanı Fransanın Azərbaycandakı səfiri Orelia Buşez verib. Fransa şəhərlərinin merlərinin Dağlıq Qarabağa qanunsuz səfərlərinə gəldikdə, səfir deyib ki, rəsmi Parisin münaqişə ilə bağlı mövqeyi aydın və birmənalıdır.  "Fransanın Xarici İşlər Nazirliyi oktyabrın 26-da yaydığı bəyanatla bunu bir daha xatırladıb. Fransa "Dağlıq Qarabağ Respublikası"nı tanımır və yerli hakimiyyət orqanları tərəfindən imzalanmış sazişlərin yerinə yetirilməsində məsuliyyət Fransız hökumətinin üzərinə düşmür" - səfir bildirib.

"Bu sazişlər heç bir hüquqi dəyərə malik deyil. Fransa Minsk Qrupunun həmsədri kimi, Ermənistan ilə Azərbaycan arasında vasitəçilik səylərini qərəzsiz şəkildə aparacaq" - deyə diplomat vurğulayıb.

Qeyd edək ki, Fransa şəhərlərinin merlərinin Azərbayacanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfəri rəsmi Bakının ciddi narazılığına səbəb olub. Xarici işlər naziri Elmar Məmmədyarov bununla bağlı açıqlama verib ki, Fransanın ölkəmizdəki səfirini Xarici İşlər Nazirliyinə dəvət edilərək ona etiraz notası təqdim olunub.(Sputnik.az)

DİGƏR XƏBƏRLƏR

Top