
Rəsul Çunayev 72 kq çəki dərəcəsində dünya çempionatının bürünc medalını qazanıb.
Yeniavaz.com xəbər verir ki,Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı davam edir.
R.Çunayev yarımfinalda almaniyalı Frank Steblerə məğlub olsa da, bürünc medal qarşılaşmasında Abuyazid Mantsiqov üzərində 4:3 hesabı ilə qələbə qazanıb. Bu, 27 yaşlı idmançının 4 ildən sonra ikinci dünya "bürünc"ü olub.
Ümumilikdə Azərbaycan millisinin hesabında 1 qızıl, 2 gümüş, 2 bürünc medalı var.