
Almaniyanın BMW avtomobil istehsalçısı qazların buraxılması sistemi ilə bağlı mümkün problemlərə görə avqustda açıqlandığı kimi 480 min deyil, 1,6 milyon ədəd maşını geri çağırır. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, şirkət mühərriklərin yoxlanmasını davam etdirib və belə nəticəyə gəlib ki, təhlükə az da olsa qalır. BMW texniki prosedurların coğrafiyasını genişləndirmək yolu ilə minimal riskləri daha da azaltmaq qərarına gəlib. Şirkət ehtimal edir ki, nasazlıq işlənmiş qazların buraxılması sistemində rast gəlinə bilər. Geri çağırılan maşınlar 2010-2017-ci illərdə istehsal olunmuş dizel mühərrikli avtomobilləri əhatə edir.