Bakının bu prospektində rənglənmə işləri aparılacaq


AAYDA-dan Yeniavaz.com-a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Heydər Əliyev prospektində yerləşən "Atletlər kəndi" (Bakı Nəqliyyat Agentliyi qarşısında) üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

DİGƏR XƏBƏRLƏR

Top