Araz Ağalarovun bank hesabları donduruldu

 
“BuzzFeed” nəşri ABŞ-ın xüsusi prokuroru Robert Müllerin Araz Ağalarovun “Crocus Group” şirkətinə qarşı sualları barədə məqalə dərc etdikdən 10 gün sonra şirkət “Union Bank”dan nümayəndəliyin bütün korporativ bank hesablarının bağlanması haqqında məktub alıb.
Yeniavaz.com RBK-ya istinadla xəbər verir ki, bunu “Crocus”un regional inkişaf üzrə idarəsinin direktoru, şirkətin ABŞ-dakı nümayəndəsi İrakli Kaveladze deyib. 
“BuzzFeed” sentyabrın 21-də R. Müllerin A.Ağalarov və İ.Kaveladze arasında pul köçürmələri ilə maraqlanması barədə məqalə dərc edib. Nəşrin məlumatına əsasən, R. Mülleri  2016-cı il iyunun 3-də “Crocus Group” sahibinin şirkətin nümayəndəliyinin hesabına 3,3 milyon dollar köçürmə cəhdi maraqlandırıb. Həmin tarixdə vəkil Natalya Veselnitskaya ABŞ-ın gələcək Prezidentinin oğlu kiçik Donald Trampla “Trump Tower”də görüşüb. Amerika mətbuatının məlumatına əsasən, N.Veselnitskaya həmin görüşdə D. Trampın prezident seçkilərindəki rəqibi Hillari Klintonla bağlı kompromat verib. Pul köçürmələri 3 bank – “Citibank”, “JPMorgan Chase” və “Morgan Stanley” vasitəsi ilə edilib. 
İ. Kaveladze qeyd edib ki, “Crocus Group”un ABŞ-dakı nümayəndəliyinin hesabı yalnız “Union Bank”da olub. “Crocus”un top-menecerinin sözlərinə görə, hazırda artıq üç bank şirkətə yeni hesab açmaqdan imtina ediblər. O həmin bankların adlarını açıqlamayıb. İ. Kaveladze bildirib: “Şirkətimizin ABŞ-da fəaliyyətinin real  dayandırılma təhlükəsi var. Bu, ABŞ Maliyyə Nazirliyi nümayəndəsinin cinayətkar əməllərinin nəticəsi olan neqativ yekunlarının yalnız kiçik qismidir”. 
“Crocus Group”un nümayəndəliyi ABŞ-da “Tvoy Dom” ticarət şəbəkəsi üçün tikinti materialları və avadanlığının alışı ilə məşğuldur.

DİGƏR XƏBƏRLƏR

Top