Səuddiyəli jurnalistin cəsədinin qalıqları Belqradda axtarılır


Türkiyə polisi yoxa çıxmış müxalif səudiyyəli jurnalist Camal Qaşıqçının qalıqlarının mümkün basdırılma yerlərinin axtarışını İstanbulda və ona yaxın olan Yaova vilayətində aparır.
Yeniavaz.com “Yeni Şafak” qəzetinə istinadla xəbər verir ki, müstəntiqlər təkcə Səudiyyə Ərəbistanı diplomatik missiyasının 26 avtomobilini deyil, həm də konsulluq ərazisində video müşahidə kameralarına düşən və şübhə doğuran diplomatik nömrəsiz maşınları yoxlayıblar.
Məlumata görə, onların bir neçəsi izləri itirmək üçün diplomatik missiyanın ərazisindən çıxıblar və İstanbulda müxtəlif marşrutlardan keçərək geri qayıdıblar. Müstəntiqlər konsulluğun avtomobil nəqliyyatının marşrutlarını təhlil edərək öz axtarışlarının arealını genişləndirərək Yalova vilayətinə və İstanbuldakı Belqrad meşəsinədək uzadıblar.

DİGƏR XƏBƏRLƏR

Top