Koçaryan partiya qurur və müxalifətə keçir


Öz partiyamı qurub müxalifətə keçməyə hazırlaşıram.
Yeniavaz.com “RİA novosti” agentliyinə istinadla xəbər verir ki, bunu Ermənistanın sabiq Prezidenti Robert Koçaryan deyib.
Onun sözlərinə görə, siyasətə qayıdırsansa, bu barədə düşünmək lazımdır: “Partiyanın adı prinsipial deyil. Uyğunlaşdırılmalı olan yanaşmalar prinsipialdır. Hazırda müxalifət sahəsində çox ciddi boşluq görürəm və güman edirəm ki, onu ölkənin maraqlarına uyğun doldurmaq lazımdır”.
R. Koçaryan qeyd edib ki, hansısa yüksək vəzifə tutmağa can atmır: “Əgər belə istəyim olsaydı 10 il şəxsi həyatımla yaşamazdım. Vəziyyət elə formada dəyişir ki, şərait səni prosesə cəlb edir”.
Ermənistanda qarşıdakı növbədənkənar parlament seçkilərində iştirak etməyəcəyi barədə danışan R. Koçaryan diqqətə çatdırıb ki, sadəcə olaraq seçkilərə vaxtı çatmır: “Mən partiyasız olmuşam. Bu o deməkdir ki, sıfırdan partiya qurmaq lazımdır”.

DİGƏR XƏBƏRLƏR

Top