“Barselona”nın futbolçusu 800 min avro cərimə ödəyəcək

 
Münhen məhkəməsi “Bavariya” klubunun keçmiş futbolçusu Arturo Vidalı cərimələyib. Yeniavaz.com RBK-ya istinadən xəbər verir ki, o, “Crown Club” gecə klubunda dava saldığına görə 800 min avro cərimə ödəməli olacaq.
 
Davada iştirak etmiş A. Vidalın qardaşı Sandrino da 18 min avro məbləğində cərimələnib. Çilili futbolçu hər birinin məbləği 10 min avro olan 80 ödənişə məhkum edilib.
 
Qeyd edək ki,  A. Vidalın “Barselona” klubunda məvacibi ayda 300 min avro (sutkada 10 min avro) təşkil edir. Xatırladaq ki, A. Vidalın iştirakı ilə dava 2017-ci il sentyabrın 17-də baş verib.

DİGƏR XƏBƏRLƏR

Top