Himalay dağlarında 9 alpinist həlak olub


Himalay dağlarında qar uçqunu nəticəsində Cənubi Koreya və Nepaldan olan doqquz alpinist həlak olub. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bunu ekspedisiyanın təşkilatçısı deyib. Yürüşü təşkil etmiş “Trekking Camp Nepal” şirkətinin nümayəndəsi Vanqçu Şerpa bildirib ki, qar fırtınası nəticəsində Qurya Himal dağında yerləşən düşərgə uçub. Alpinistlər düşərgədə olublar.

Onlar səyahəti davam etdirmək üçün düşərgədə yaxşı havanın olmasını gözləyiblər. Alpinistlərin cəsədləri çadırların içində və ətrafında tapılıb. Hadisə yerinə xilasetmə helikopterləri göndərilib.

DİGƏR XƏBƏRLƏR

Top