Daha bir azərbaycanlı məşhur Amerikaya köçdü


Aparıcı Elvira İsmayılova da Azərbaycandan köçən məşhurlar siyahısına daxil olub. Yeniavaz.com axşam.az-a istinadən xəbər verir ki, o, bir müddətdir ki, Amerikada yaşayır. Bundan əvvəl bir neçə dəfə Amerikaya səfər edən Elvira bundan sonra birdəfəlik orada qalacaq. Aparıcının hər zaman arzusu ABŞ-da yaşamaq olub.

Qeyd edək ki, Elvira ATV kanalında və 106.3 FM-də çalışırdı. Daha sonra isə o, fəaliyyətini 107.7 FM-də davam etdirib. Xatırladaq ki, bir vaxtlar Elvira ilə tərəf müqabili olan Rüfət Ağayev də uzun illərdir Amerikaya köçüb. Müğənnilər İlhamə Qasımova, Elmir, aparıcı Aynur Talıbova, Günel Musəvi də ABŞ-a köçən məşhurlarımızdandır. 

DİGƏR XƏBƏRLƏR

Top