Voleybol millimiz Türkiyə yığmasına uduzub


Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Yaponiyadakı dünya çempionatının II mərhələsində üçüncü oyunda da uduzub. Yeniavaz.com xəbər verir ki, Osaka şəhərində baş tutan görüş “ay-ulduzlular”ın qələbəsi ilə başa çatıb – 3:1 (26:24, 25:17, 22:25, 25:21).

Qeyd edək ki, bunadək İtaliya və Çin yığmalarına məğlub olan Azərbaycan millisi ilk turun nəticələrindən sonra III mərhələyə vəsiqə qazanmaq şansını itirib. Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv F qrupunda formal xarakter daşıyan son matçını oktyabrın 11-də Bolqarıstan komandasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 05:40-da start götürəcək.

DİGƏR XƏBƏRLƏR

Top