İpoteka kreditləri üzrə faiz dərəcələri dəyişdi


İpoteka və Kredit Zəmanət Fondu ipoteka kreditləri üzrə faiz dərəcələrini dəyişib. Yeniavaz.com Fonddan açıqlanan məlumatlara istinadən bildirir ki, adi ipoteka kreditləri üzrə maksimal illik faiz dərəcəsi zəmanətlə verilən adi kreditlər üzrə 7%, güzəştli ipoteka kreditləri üzrə isə 3,7% olub. Bundan başqa adi ipoteka kreditləri üzrə maksimum 25 illiyinə ən çoxu 150 min manat, güzəştli ipoteka kreditləri üzrə isə maksimim 30 illiyinə olmaqla ən çoxu 100 min manat götürmək mümkündür.
Məlumat üçün bildirək ki, bu ilin ilk yarısının yekunlarına olan məlumata görə Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 1 milyard 53 milyon manat həcmində ipoteka kreditləri verilib. Verilən kreditlərin 309 milyon manatı güzəştli, 745 milyon manatı isə adi ipoteka kreditləri olub.
Ümumilikdə 22 min 733 ipoteka krediti verilib və bunun 6 min 698-i güzəştli ipteka krediti olub.
İpoteka kreditlərinin 76%-i və ya 17 min 282-si Bakı şəhərinin payına düşüb. Bundan başqa 2 min 289 ipoteka krediti Sumqatıtda, 1578 kredit Xırdalanda verilib.
Paytaxt Bakıda isə ən çox ipoteka Nərimanov rayonunda verilib. Bakıda verilən ipotekanın 24,6%-i Nərimanov rauonunun payına düşüb.
İpoteka krediti alanların yarıdan çoxu - 51,5%-i özəl sektorda çalışıb. Kredit alanların 53%-i subay, 47%-i evli, 83%-i kişi, 17%-i qadın olub.
Güzəştli şərtlərlə ipoteka kreditinə sahib olanların böyük əksəriyyəti - 74,8%-i hərbi qulluqçular olub.
İpoteka krediti alanların 35,7%-nin yaşı 18-29 yaş arasında, 34,1%-nin yaşı 30-35 yaş arasında, 30,2%-nin yaşı isə 36 yaşdan yuxarı olub.

DİGƏR XƏBƏRLƏR

Top