Mərkəzi Bank valyuta ehtiyatlarını AÇIQLADI


Bu ilin sentyabr ayında Mərkəzi Bankın valyuta ehtiyatları 31 milyon dollar və ya 0,56% artaraq 5 milyard 534,5 milyon dollara yüksəlib. Yeniavaz.com Mərkəzi Bankın açıqladığı statistik göstəricilərə istinədən bildirir ki, ötən bir il ərzində valyuta ehtiyatları 367 milyon dollar və ya 7,1%, bu ilin əvvəlindən ötən dövrdə isə 199,9 milyon dollar və ya 3,7% artıb.
Qeyd edək ki, 2017-ci ilin oktyabr ayının əvvəlində Mərkəzi Bankın valyuta ehtiyatları 5 milyard 167,5 milyon dollar həddində olub.
Mə­lu­mat üçün bil­di­rək ki, Mərkəzi Bankın val­yu­ta eh­ti­yat­la­rı 2014-cü ilin iyul ayın­da ta­ri­xi zir­və­yə - 15 mil­yard 193 mil­yon dol­la­ra yük­sə­lib. La­kin növ­bə­ti ay­dan - av­qust­dan baş­la­ya­raq val­yu­ta eh­ti­yat­la­rın­da azal­ma mü­şa­hi­də olu­nub. Bu, ey­ni za­man­da 18 ay­dan son­ra qey­də alı­nan ilk azal­ma olub. Be­lə ki, val­yu­ta eh­ti­yat­la­rı 2013-ci ilin fev­ral ayın­dan son­ra heç vaxt aşa­ğı düş­mə­yib. Ən kəs­kin azal­ma isə 2014-cü ilin de­kabr ayın­da baş ve­rib - 1 milyard 238 milyon dollar.
Onu da bil­di­rək ki, Mərkəzi Bankın val­yu­ta eh­tiy­yat­la­rı 2008-ci il ər­zin­də 2 də­fə­yə ya­xın (45%) ar­ta­raq 3 mil­yard 370,4 mil­yon dol­lar­dan 6 mil­yard 137 mil­yon dol­la­ra qə­dər yük­səl­di­yi hal­da, 2009-cu il­də 15,9% və ya 976 mil­yon dol­lar aza­la­raq 5 mil­yard 161 mil­yon dol­la­ra dü­şüb. Bun­dan baş­qa, val­yu­ta eh­ti­yat­la­rı 2010-cu il­də 19,5% və ya 1 mil­yard 245,9 mil­yon dol­lar ar­ta­raq 6 mil­yard 407 mil­yon dol­la­ra, 2011-ci il­də isə 63,5% və ya 4 mil­yard 73,9 mil­yon dol­lar ar­ta­raq 10 mil­yard 481,5 mil­yon dol­la­ra yük­sə­lib. 2012-ci idə isə 11,5% və 1 mil­yard 213,3 mil­yon dol­lar ar­ta­raq 11 mil­yard 694,8 mil­yon dol­la­ra ça­tıb. 2013-cü il­də isə ar­tım 35% və ya 3 mil­yard 670,5 mil­yon dol­lar təş­kil edib. 2014-cü ildə 2,8% və ya 393,7 mil­yon dol­lar aza­la­raq 13 mil­yard 758,3 mil­yon dol­la­ra dü­şüb. 2015-ci ildə azalma 2,7 dəfə və ya 8 mil­yard 741,6 mil­yon dol­lar təş­kil edib. 2016-cı ildə 20,7% və ya 1 milyard 42,3 milyon dollar azalaraq 3 milyard 974,4 milyon dollar səviyyəsinə düşüb. Ötən il ərzində isə 34,2% və 1 milyard 360,2 milyon dollar artaraq 5 milyard 334,6 milyon dollara yüksəlib.

Son 11 il­də Mər­kə­zi Ban­kın
val­yu­ta eh­ti­yat­la­rı:

TARİX

VALYUTA EHTİYATLARI

31.12.2006

1 967,3 mln. $

30.11.2007

3 370,4 mln. $

30.12.2008

6 137 mln. $

29.12.2009

5 161,7 mln. $

30.12.2010

6 407,6 mln. $

30.12.2011

10 481,5 mln. $

31.12.2012

11 694,8 mln. $

30.12.2013

14 152 mln. $

31.12.2014

13 758,3 mln. $

30.12.2015

5 016,7 mln. $

30.12.2016

3 974,4 mln. $

29.12.2017

5 334,6 mln. $

28.09.2018

5 534,5 mln. $

 

DİGƏR XƏBƏRLƏR

Top