Bakıda icra başçısının itlərə görə məhkəməyə verdiyi həyət - VİDEO


Bakıda Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamovun bağlanmasını tələb etdiyi it sığınacağı hələ ki, fəaliyyətini davam etdirir. Hazırda burada 300-ə qədər it müalicə olunur və həyatda qalmaları üçün onlara yardım edilir.

Vətəndaş Eldar Mansurova məxsus həyətdə salınmış sığınacaq Mərdəkandadır. Hazırda sığınacağın sahibi onun oğlu Fərid Mansurovdur. O deyir ki, 2016-cı ildə yaradılan bu yerdə vəzifəli və tanınmış şəxslərin itləri də var.

Burada daha çox qayğıya ehtiyacı olan itlər saxlanılır. İtlər nə qədər “insanın dostu” adlandırılsa da, buraya insanlar tərəfindən düşmən münasibəti görən itlər sığınıb. Belə ki, adına “kira” deyilən iti Balaxanı qəsəbəsində üzərinə qaynar qır tökərək bir ayağından məhrum ediblər. Elə adını da onu ölümə aparan “qır” sözünün rus dilindəki qarşılığından alıb.
(Qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top