Xəbər verdiyimiz kimi, Azərbaycanın sayca ikinci süni peyki - "Azerspace-2" Fransa Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılıb və nəticədə Azərbaycanın Yer orbitindəki süni peyklərinin sayı 2-yə yüksəlib. Yeniavaz.com xəbər verir ki, Azərbaycan kosmosdakı peyklərinin sayına görə keçmiş SSRİ ölkələri arasında 3-cü sıraya yüksəlib. Hazırda kosmosda ən şox peyki olan keçmiş SSRİ ölkəsi Rusiya hesab olunur. Rusiyanın kosmosda 1507 süni peyki mövcuddur.
Rusiyadan sonra keçmiş SSRİ ölkələrindən Ukrayna 6, Qazaxıstan 6, Belarus 2, Türkmənistan 1, Estoniya 1, Latviya 1 və Litva 1 süni peykə sahibdirlər.
Məlumat üçün bildirək ki, Yer kürəsinin orbitinə ilk süni peyk ötən ilin ikinci yarısında - 1957-ci il oktyabrın 4-də SSRİ tərəfindən göndərilib. 1957-ci ildən bugünə kimi kosmosa təxminən 7000-ə yaxın süni peyk buraxılıb. Dünyada ən çox süni peyki olan ölkələr ilk 5-liyinə 1619 peyklə ABŞ, 1507 peyklə Rusiya (SSRİ), 312 peyklə Çin, 173 peyklə Yaponiya, 88 peyklə Hindistan daxildir.
Dünyada süni peyki olan ölkələri təqdim edirik: