Meksika Prezidenti: Yoxsulluğun olduğu ölkədə lüks təyyarəyə minə bilmərəm - VİDEO


Meksika Prezidenti Andres Manuel Lopes Obrador dövlətə aid özəl təyyarəni sataraq səfərləri üçün müntəzəm uçuşlardan istifadə edəcəyinə dair söz verib. Yeniavaz.com “Euronews” telekanalına istinadla xəbər verir ki, Meksikanın dövlət başçısı hava limanında digər sərnişinlərlə birlikdə ləngiyən təyyarəni gözləməli olub.
O, 3 saatdan çox gecikən təyyarəni gözləməsinə baxmayaraq, bu təcrübənin fikrini dəyişdirməyəciyini bildirib. Sərnişinlərlə söhbət edən Obrador deyib: “Prezident təyyarəsinə minməyəcəyəm. Bu qədər yoxsulluğun olduğu ölkədə lüks təyyarəyə minsəm, utandığımdan heç kimin üzünə baxa bilmərəm”. O, daha əvvəl bəyan etmişdi ki, prezident maaşının yalnız 40 faizini alacaq.

 

DİGƏR XƏBƏRLƏR

Top