Əfqanıstanda hərbi helikopter qəzası: ölənlər var

Əfqanıstanın qərbində hərbi helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər həlak olub. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, insident Fərəh vilayətində baş verib.

Bildirilir ki, “Taliban” hərəkatının silahlılar təcili eniş edən helikopteri atəşə tutublar. Helikopterin göyərtəsində olan hərbçilərin hamısı - 4 sərnişin və 1 pilot həlak olub.

Qeyd edilir ki, helikopter taliblərin atəşi nəticəsində deyil, texniki səbəblərdən qəzaya uğrayıb.

DİGƏR XƏBƏRLƏR

Top