Daha bir məmur işdən çıxarıldı

Binəqədi Rayon İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elnur İmanov vəzifəsindən azad olunub.

Yeniavaz.com report-a istinadən xəbər verir ki, bununla bağlı Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev əmr imzalayıb.

Həmin vəzifəyə təyinat olmayıb.

Xatırladaq ki, iyunun 6-da prezident İlham Əliyevin sərəncamı ilə Elxan Allahverdiyev Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. E.Allahverdiyevdən öncə icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov idi.

DİGƏR XƏBƏRLƏR

Top