Kanadanın 50 min sakini elektrik enerjisindən məhrum olub

Atlantik okeanındakı "Metyu" qasırğası səbəbindən Kanadadanın 50 mindən çox sakini elektrik təchizatından məhrum olub. Bu barədə "CBC" telekanalı məlumat yayıb. Məlumatda bildirilir ki, Yeni Şotlandiya vilayətində güclü külək və yağış səbəbindən enerisiz qalıb. Təbii fəlakət elektrik ötürücülərinə ciddi ziyan vurub. Sinoptiklərin verdiyi xəbərə görə, Sidni şəhərinə son illərdə ən çox - 225 millimetr yağıntı düşüb. Bu, rekord göstəricidir. Belə ki, bu ərazilərə sonuncu dəfə 1981-ci ilin 17 avqustunda rekord sayda – 123 millimetr yağıntı düşmüşdü. Məlumata görə, Keyp-Breton adasının da sakinləri elektrik enerjisindən məhrum olublar.

DİGƏR XƏBƏRLƏR

Top