Parisdə piyadalara hücum olub - ölən və yaralanan var

Fransanın paytaxtı Parisdə naməlum şəxslər bıçaqla insanların üzərinə hücum edilər.

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, piyadalara bıçaqla hücum edən şəxs zərərsiz hala gətirilib.

Hadisə şəhərin Trappes bölgəsində qeydə alınıb.

Hücum nəticəsində 2 nəfər ölüb, 1 nəfər isə ağır yaralanıb.

Hücumdan dərhal sonra hadisə yerinə hüquq-mühafizə orqanları gəlib, cinayətkar isə yaxınlıqda olan pavilyonların birinə qaçaraq gizlənib.

Onu həbs etməyə çalışan polis əməkdaşları cinayətkara qarşı odlu silahlardan istifadə edib.

Ağır güllə yaraları alan şəxs hadisə yerində ölüb.

Məlumata görə, 30 yaşlı cinayətkar daha əvvəl terrorçuluğa bəraət qazandırdığı üçün məhkum olunub.

"Reuters" agentliyi isə İŞİD-in hücumun məsuliyyətini öz üzərinə götürdüyünü yayıb.

DİGƏR XƏBƏRLƏR

Top