Bu ölkədə dollar 24 dəfə bahalaşdı

Venesuelada ötən bazar ertəsi denominasiyanın başlmasından sonra dollar rəsmi olaraq 24 dəfə bahalaşıb. Yeniavaz.com-un TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Venesuela Mərkəzi Bankının dərc etdiyi məlumatda deyilir.

Buna müvafiq olaraq, milli valyutanın məzənnəsi 1 avroya görə 68,65 suveren bolivar və ya 1 dollara görə təqribən 60 bolivar həddinə çatıb. 1 suveren bolivar islahatdan qabaqkı 100 min bolivara bərabərdir. Denominasiya başlamazdan qabaq dolların məzənnəsi 248 min bolivar olub, indi isə o, 6 milyon bolivar həddinə çatıb və qara bazarın məzənnəsi ilə bərabərləşib.

Qeyd edək ki, denominasiya zamanı Venesuela hakimiyyəti təkcə əskinaslardan beş sıfırı silməyib, hətta suveren bolivarı ölkənin petro kriptovalyutasına bağlayıb. Onun qiyməti ölkədə hasil edilən neftin 1 barelinin qiymətinə bərabər tutulub və təqribən 60 dollar təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top