Türkiyə ABŞ-ı şikayət etdi

Türkiyə ABŞ-ın polad və alüminiumun idxal rüsumlarını iki dəfə artırmasına görə Ümumdünya Ticarət Təşkilatına (ÜTT) müraciət edib. Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ÜTT-nin saytında məlumat yayılıb.

Məlumatda deyilir ki, ABŞ polad və alümunium məhsullarının idxalına görə əlavə rüsumlar tətbiq etməsi ilə əlaqədar Türkiyə ÜTT-də məsləhətləşmələr aparmaq xahişi ilə müraciət edib. Türkiyə tərəfinin fikrincə, Vaşinqtonun addımı Qoruyucu tədbirlər üzrə saşişin, habelə Tariflər və ticarət üzrə baş sazişin müddəaları ilə ziddiyət təşkil edir. Türkiyənin məsləhətləşmə tələbinə cavab vermək üçün ABŞ-a 10 gün vaxt verilir.

Məsələ ilə bağlı açıqlama verən Türkiyənin Ticarət Nazirliyi bəyan edib ki, Ankara ÜTT-də ABŞ-a qarşı proses çərçivəsində Avropa İttifaqı, Hindistan, İsveçrə, Norveç, Kanada, Rusiya və Meksika ilə əməkdaşlıq edəcək.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp avqustun 10-da Türkiyədən polad və alüminium idxalın üzrə rüsumları müvafiq olaraq 20 və 50 faiz qaldırıb. Buna cavab olaraq, R.T. Ərdoğan 22 növ Amerika malının rüsumlarını artırıb.

DİGƏR XƏBƏRLƏR

Top