Yunanıstan Moskvadakı səfirini geri çağırır: səbəblərdən biri də Türkiyədir

Yunanıstanın Xarici İşlər Nazirliyi (XİN) Moskvadakı səfiri Andreas Friqanası geri çağırır. Yeniavaz.com-un məlumatına görə, bunu “RİA Novosti” agentliyinə hökumətdəki mənbə deyib.

Mənbə bildirib ki, belə qərar qəbul edilib: “Qərarı şəxsən xarici işlər naziri Nikos Kotzias qəbul edib. Friqanas yaxın günlər ərzində Afinaya qayıdacaq, Moskvaya başqa səfir göndəriləcək, lakin bunun nə vaxt baş verəcəyi məlum deyil”.

Qeyd edək ki, səfirin geri çağırılması yunan və rusiyalı diplomatların qarşılıqlı göndərilməsindən sonra iki ölkənin diplomatik münasibətlərindəki böhran dövründə baş verir.

Bu gün Yunanıstan XİN rusiyalı diplomatların ölkədən göndərilməsinə cavab olaraq Rusiyanın atdığı addımlarla bağlı bəyanatla çıxış edib. Yunanıstan XİN Rusiyanı Türkiyənin silah yoldaşı adlandıraraq bəyan edib ki, Moskva 190 il ərzində Yunanıstan- Rusiya münasibətlərini xarakterizə etmiş dostluq və əməkdaşlıq səviyyəsinə cavab verən mövqedən durmadan aralanıb. Afinanın fikrincə, Rusiya dərk etmir ki, Yunanıstanın beynəlxalq siyasətdə öz maraqları və meyarları var.

DİGƏR XƏBƏRLƏR

Top