“Xəzər” FM və “Dalğa” TV-nin yeni rəhbəri bəlli olub

Ötən aylarda “Xəzər” TV-nin nəzdində fəaliyyət göstərən “Xəzər” FM və “Dalğa” TV-nin rəhbəri postlarından ayrılan Nəsib Nurun yerinə yeni kadr gətirilib.

Yeniavaz.com-un Oxu.az-a istinadən məlumatına görə, “Dalğa” TV-də bundan sonra rəhbər vəzifəsini Əzizə Dünyamalıyeva icra edəcək.

O, işinə dünəndən etibarən başlayıb.

Qeyd edək ki, Ə. Dünyamalıyeva ATV-də, “Xəzər” TV-də, “M-group Production”da müxtəlif vəzifələrdə çalışıb.

DİGƏR XƏBƏRLƏR

Top