Statistika İdarəsi: Bakıda orta aylıq əmək haqqı 790 manatı ötüb

Bu ilin yanvar-may aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən Bakı şəhərində işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsi 2,1 faiz artaraq 790,6 manat olub.

Yeniavaz.com Bakı şəhər Statistika İdarəsinə istinadən bildirir ki, ən yüksək orta aylıq əmək haqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə, ən aşağı əmək haqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.

DİGƏR XƏBƏRLƏR

Top