"Azərsu" lilli su xəbərlərinə münasibət bildirdi - AÇIQLAMA

Ba­la­kən­də ev­lə­rə iç­mə­li su əvə­zi­nə lil­li su ve­ril­mə­si ba­rə­də mətbuatda mə­lu­mat ya­yı­lıb. Bil­di­ri­lib ki, xü­su­si­lə yaz və pa­yız ay­la­rın­da, ya­ğış­la­rın çox yağ­dı­ğı dövr­də bu rayonda "krant"­lar­dan pal­çıq gə­lir. Sa­kin­lə­rə ve­ri­lən su­yun tə­miz­lən­mə­di­yi, ste­ri­li­zə olun­ma­dı­ğı qeyd olu­nub.

Mə­sə­lə ilə bağ­lı Ye­ni­a­vaz.com say­tı “Azər­su” Açıq Səhm­dar Cə­miy­yə­tin­dən açıq­la­ma alıb.

Cə­miy­yə­tin mət­bu­at xid­mə­ti­nin rəh­bə­ri Anar Cəb­ra­yıl­lı prob­le­min sə­bəbini belə izah edib: "Balakəndə evlərə verilən su dünəndən tam durulub, göz yaşı kimidir. Qeyd edim ki, güclü yağıntılar olanda, sel gələndə sovet dövründə qurulmuş drenajlarda lillənmə olur, su bulanıq gələ bilir. Bu, qısamüddətli bir dövr ərzində davam edir və sonra yenə durulur.

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti bilirsiniz ki, regionlarda hər bir rayon və şəhər mərkəzində layihələrin icrasına başlayıb. İndiyə qədər 50 rayon və şəhər mərkəzində işlərə başlanılıb. Onlardan 25-də həm su, həm də kanalizasiya şəbəkəsinin, 10-da isə su şəbəkəsinin inşası yekunlaşıb. Hələ də bir neçə şəhər var ki, biz orada bu işlərə başlamamışıq - bunlardan Bərdəni, Neftçalanı, Balakəni qeyd etmək olar".

Anar Cəbrayıllının sözlərinə görə, Balakəndə də bu işlərin görülməsi ilə bağlı lahiyə var:

"Asiya İnkişaf Bankı ilə birgə maliyyələşdirilən lahiyə çərçivəsində Balakənin də su təsərrüfatı və kanalizasiya sisteminin yenidən qurulmasının icrası nəzərdə tutulmuşdu. Sonradan Ağcabədi, Beyləqan, Göyçayda bu lahiyə icra olundu, amma Balakən qaldı. Planımızda var ki, qarşıdakı illərdə Balakəndə də su və kanalizasiya lahiyələrinin icrasını həyata keçirək - onda həm mənbə, həm şəhərdaxili su və kanalizasiya şəbəkəsi yenilənəcək. Bundan sonra digər şəhər və rayonlarımızda vətəndaşlar 24 saat keyfiyyətli, dayanıqlı su aldığı kimi, Balakəndə də bu təmin olunacaq".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top