İranda etirazlar başlayıb

İranın Kərəç şəhərində iqtisadi problemləri qarşı etiraz aksiyası keçirmək istəyənlər meydanlara toplaşıb. Yeniavaz.com-un “Ensonhaber.com” saytına istinadən verdiyi məlumata görə, polis etirazçılara müdaxilə edib. Sosial mediada yer alan görüntülərdə Kərəç şəhərində yüzlərlə adaçın bahalaşma və məzənnənin yüksəlməsinə etiraz etdiyi görülür. Təkərləri yandıran nümayişçilər rejim əleyhinə şüarlar səsləndiriblər. ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar artdıqca ölkədə iqtisadi məhdudiyyətlər də artır. Sanksiyalara qarşı dirənmək istəyən İran hakimiyyəti xalqı qənaətcil olmağa çağırıb. Polisin etirazçılara müdaxilə etdiyi hadisələrdə bəzi nümayişçilər saxlanılıb. Aksiyaların hələ də davam etdiyi bildirilir. Kərəç Tehrandan 54 kilometr aralıda şimal-qərbdə yerləşir. İsfahan şəhərində də bu gün yüzlərlə adam iqtisadi problemlərə etiraz etmək məqsədilə aksiya keçirib. İranda dövlət məmurunun aldığı maaş 11,140,000 İran tümən, yəni 191 funtdur. Həmin adamlar 3 aydır maaşlarını ala bilmirlər.

DİGƏR XƏBƏRLƏR

Top