Məmmədyarov vaxtından əvvəl çempion olub

Şəhriyar Məmmədyarov isveçrənin Bil Şəhərində yarışın başa çatmasına bir tur qalmış şahmat turnirinin qalibi olub.

Partiyanın doqquzuncu turunda Məmmədyarov ağ fiqurlarla norveçli Maqnus Karlsen üzərində qələbə qazanıb.

Məmmədyarov yeddi xal toplayıb və rəqibləri üçün əlçatmaz olub.

Daha sonra cədvəldə Karlsen, Svidler (hərəyə 5 xal), Vaşye-Laqrav (4,5), Navara (4), Qeorqiadis (1,5) yer alıb.

Yarışın son turu avqustun 1-də keçiriləcək.(Report)

DİGƏR XƏBƏRLƏR

Top