Hansı rayonların İCRA BAŞÇILARI alimdir? - SİYAHI

Xalq artisti Nazpəri Dostəliyevanın fəlsəfə doktoru adı alması iddiaları ilə bağlı yaranan gündəm ölkədə elmi adı olan deputat və icra başçılarını da diqqətə gətirdi.

Məsələn, təhsil eksperti Kamran Əsədov elmi ad alan icra başçılarının, deputatların və digər dövlət orqanlarında çalışan vəzifəli şəxslərin bəzilərinin sözün əsl mənasında elmlə məşğul olan insanlara maneçilik törətdiyini, onların növbəsini tutduğunu bildirdi.

Qeyd edək ki, sosial şəbəkələrdə Azərbaycanda icra başçılarının çoxunun elmi dərəcəsinin olması ilə bağlı məlumatlar paylaşılır. Lakin Yeniavaz.com saytının apardığı kiçik bir araşdırma göstərir ki, elmi adı olan icra başçılarının sayı deyilənlər qədər çox deyil. Elmi adı olan icra başçılarının siyahısını təqdim edirik.

Картинки по запросу Abdullayev Vaqif

1. Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Abdullayev Vaqif İdris oğlu 1996-cı ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1998-ci ildə siyasi elmlər üzrə namizədlik dissertasiyası, 2004-cü ildə siyasi elmlər üzrə doktorluq dissertasiyasını müdafiə edərək alimlik dərəcəsi alıb. 2007-ci ildə Azərbaycan Respubliksı Ali Attestasiya Komissiyasının qərarı ilə ona professor adı verilib.

Картинки по запросу Quliyev Nizaməddin

2. Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Quliyev Nizaməddin Məhəmməd oğlu Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını, Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatı iqdisadiyyatı və təşkili institutunun aspiranturasını bitirib. İqtisad elmləri namizədidir.

Картинки по запросу Sadıqov Mirdaməd

3. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Sadıqov Mirdaməd Mirsadıq oğlu 2000-ci ildən 2007-ci ilə qədər Azərbaycan Dövlət İqtisad Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsində çalışıb. 2004-cü ildə "Azərbaycan Respublikasının Maliyyə potensialının formalaşması problemləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək, Azərbaycanda bu sahədə doktor adı almış ilk şəxslərdən biri olub. Respublikada iqtisadiyyat, maliyyə və vergi problemləri ilə bağlı 200-dən çox elmi məqalənin, o cümlədən 10 dərslik, 8 dərs vəsaiti və 9 monoqrafiyanın müəllifidir. Onun məqalələrinin bir qismi xarici ölkələrdə dərc edilib.

Картинки по запросу Babayev Lütvəli

4. Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Babayev Lütvəli Babəli oğlu iqtisadiyyat üzrə fəlsəfə doktorudur. "Sənaye müəssisələrinin iqtisadi tənzimləyiciləri", "Heydər Əliyev neft strategiyası əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəlmişdir", "Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafı Proqramı (2005-2010 və 2015-ci illər)", "Ümummilli lider Heydər Əliyev - Azərbaycanın iqtisadi inkişaf strategiyasının banisidir", "Onun ideyalarını qorumağa və yaşatmağa çalışıram", "Regional sosial-iqtisadi inkişaf (Tarixi faktlar, reallıqlar və inkişaf meylləri)", "Zərdab rayonu: Regional İnnovasiya Proqramı (2014-2018-ci illər)" və sair elmi əsərlərin və monoqrafiyaların müəllifidir.

Картинки по запросу Əsgərov Asif

5. Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Əsgərov Asif Yunis oğlunun tərcümeyi-halında elmi-pedaqoji fəaliyyətlə məşğul olduğu bildirilir. Fəlsəfə doktoru, dosent, professordur.

Yeniavaz.com

DİGƏR XƏBƏRLƏR

Top