Paşinyan onun adından danışan prankerlərin məqsədlərini açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, onun adından çıxış edən rusiyalı prankerlər bəlkə də Avropa İttifaqının Ermənistanda inqilaba nə qədər yardım göstərdiyini öyrənməyə çalışıblar.

Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, daha əvvəl rusiyalı prankerlər Vladimir Kuznetsov (Vovan) və Aleksey Stolyarov (Leksus) bəyan etmişdilər ki, özlərini N. Paşinyan kimi təqdim edərək Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunkeri İrəvana kabab yeməyə dəvət ediblər və o razılaşıb.

N. Paşinyanın adından, həmçinin Avropa diplomatiyasının rəhbəri Federiko Mogerini və Böyük Britaniyanın keçmiş xarici işlər naziri Boris Consonla da telefon söhbəti aparılıb.

Ermənistanın Baş naziri deyib: “Yumordan başqa, siyasi məzmun da görürəm. Ola bilsin onlar Aİ-nin Ermənistandakı inqilaba nə qədər yardım göstərmələrini dəqiqləşdirməyə çalışıblar. Fikrimcə, dəqiqləşdirdilər, qurtardılar”.

N. Paşinyanın sözlərinə görə, Aİ nümayəndələri diplomatik kanallar vasitəsilə məlumatlandırılblar ki, Baş nazir onlarla telefon danışıqları aparmayıb, lakin buna etimadla yanaşmayıblar, hesab ediblər ki, bir sıra erməni diplomatlara onlar barədə məlumat verilməyib.

DİGƏR XƏBƏRLƏR

Top