3 nəfərin ölümündə təqsirləndirilən sürücü məhkəməyə gəlmədi - SƏBƏB

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Şamaxıda ölümlə nəticələn yol-nəqiliyyat hadisəsi törətməkdə təqsirləndirilən İlqar İbrahimov və Gülnarə Hüseynovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Yeniavaz.com report-a istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə barəsində polis nəzarəti qətimkan tədbiri seçilmiş İ.İbrahimovun məhkəməyə gəlmədiyi məlum olub.

Daha sonra təqsirləndirilən İ.İbrahimovun vəkili vəsatət qaldırıb. O bildirib ki, hadisədən sonra müvvəkilinin ayağında çürümə olduğu üçün 5 sm uzunluğunda kəsilib.

Vəkil buna görə məhkəmədən vaxt istəyib.

Məhkəmə vəsatəti təmin edib.

Proses iyulun 27-dək təxirə salınıb.

Qeyd edək ki, ölümlə nəticələn yol-nəqiliyyat hadisəsi ötən il oktyabrın 2-də saat 9:00 radələrində Şamaxı rayonunun Sabir qəsəbəsi ərazisində baş verib.

Həmin ərazidə Bakı şəhər sakini G.Hüseynovanın və Ağsu rayon sakini İ.İbrahimovun idarə etdikləri "Mercedes" markalı iki avtomobil toqquşub. Nəticədə G.Hüseynovanın sərnişinləri - əri Elman Cəbiyev, qızı Nigar Hüseynova, habelə İ.İbrahimovun sərnişini - Ağsu rayon sakini Teymur Soltiyev hadisə yerində ölüblər, hər 2 sürücü və digər sərnişinlər xəstəxanaya yerləşdiriliblər.

Daha sonra İ.İbrahimov və G.Hüseynova saxlanılıb. Hər iki şəxsin barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.

DİGƏR XƏBƏRLƏR

Top