Üsyançı husilərin Siyasi şurasının ali rəhbəri Mehdi əl-Maşat Yəməndə müharibənin dayandırılmasına yardım etmək xahişi ilə Rusiya rəhbərliyinin adına məktubla müraciət edib.
Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, məktubda bildirilir ki, Yəmən ərəb alyansı, o cümlədən Səudiyyə Ərəbistanı və BƏƏ tərəfindən təcavüzə məruz qalır:
“Hərbi əməliyyatların eskalasiyası gedir. Yəmənə qarşı müharibə hər hansı səbəb və ya BMT Nizamnaməsinin əksinə hüquqi əsas olmadan beynəlxalqhüquq pozulmaqla aparılır”.
Əl-Maşat ümid etdiyini bildirib ki, Rusiya bu təcavüzün dayandırılması və blokadının ləğv edilməsi üçün öz nüfuzundan istifadə edəcək