Bu ölkə qızıllarını Türkiyəyə daşıyır

Venesuela Mərkəzi Bankı ölkəyə tətbiq edilən beynəlxalq sanksiyalar səbəbinə görə İsveçrədə aparmaq istəmədiyi qızıl təmizləmə işlərini Türkiyədə həyata keçirəcək.

Yeniavaz.com-un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Venesuela Mədən Nazirliyindən deyiblər. Bildirilir ki, Venesuela Mərkəzi Banı bir neçə ildir ölkənin cənubundakı qızıl mədənlərindən kiçik miqdarda qızıl satın alır və azalan beynəlxalq ehtiyatlarını dəstəkləmək üçün istifadə edir. Ölkədə sosialist iqtidarın tətbiq etdiy iqtisadiyyat getdikcə kiçilir.Mədən naziri Viktor Kano bildirib ki, bu, Türkiyə ilə Venesuela Mərkəzi Bankı arasında əldə olunmuş razılaşmadır: “Bu proses iki müttəfiq ölkə arasında həyata keçirilir, çünki düşünün ki, əgər qızılımızı İsveçrəyə göndərsək, bizə sanksiyalar səbəbilə qızılımızın orada qalacağını deyirlər”.

DİGƏR XƏBƏRLƏR

Top