Tramp özünü Rusiyaya qarşı ən sərt prezident adlandırıb

ABŞ Prezidenti Donald Tramp özünü Amerikanın bütün prezidentləri arasında Rusiyaya qarşı ən sərt olan prezident adlandırıb. Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın dövlət başçısı Ağ evdə kabinetinin iclasına başlamazdan əvvəl deyib. O bildirib: “Rəqəmlərə, etdiklərimizə, sanksiyalara, orada olmayan səfirlərə, təəssüf ki, Suriyada bu yaxınlarda baş verənlərə baxın”. D. Tramp əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ liderinin bu cür xəttinə görə şad deyil və şad olmalı da deyil.

DİGƏR XƏBƏRLƏR

Top