Ərdoğanın qələbəsi dollar-lirə məzənnəsinə necə təsir etdi?

Türkiyədə keçirilən Prezident seçkiləri zamanı hazırkı ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsi xəbərindən sonra bu ölkənin milli valyutası - lirə dollar qarşısında bahalanmağa başlayıb. Yeniavaz.com xəbər verir ki, qısa müddət ərzində lirə dollar qarşısında təxminən 3%-ə yaxın bahalaşıb.

Dünən axşam məzənnə 4,67 səviyyəsində olduğu halda bu gün səhər saatlarında 4,29 səviyyəsinə kimi geriləyib. Lakin, qısa müddətdən sonra lirə yenidən ucuzlaşıb. Günorta saatlarında (Bakı vaxtı ilə saat 14:30-da) məzənnə yenidən 4,68-ə yüksəlib.

DİGƏR XƏBƏRLƏR

Top