Ağdaşda yeni körpələr evi-uşaq bağçası tikilir - FOTO

Ağdaşda körpələrimizin daha yaxşı şəraitdə tərbiyə və təhsil almaları üçün hər cür şərait yaradılır. Bu gün rayonda bir neçə ay bundan əvvəl tikintisinə başlanılan 80 yerlik yeni bağça binasının inşa olunması bu sahədə həyata keçirilən məqsədyönlü işlərin əyani sübutudur.

Məlumat üçün qeyd edək ki, tikintinin sifarişçisi Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik, podratçısı isə "XİM EKSPRES-2000" MMC-dir.

Sahə rəisi Vüqar Məmişovun verdiyi məlumata görə, yeni inşa olunan sahəsi 692,08 m2 olan 8 saylı körpələr evi-uşaq bağçası 1 korpusdan ibarətdir.

Bağçanın korpusu 2 mərtəbədən və zirzəmidən ibarətdir.

V. Məmişovun sözlərinə görə, əsas binadan əlavə hər birinin həcmi 100 kubmetr olan 2 ədəd su anbarı, nasosxana və qazanxana da tikilir.

Eyni zamanda, yeni bağça binası hasar, darvaza və alaqapıdan ibarətdir.

Bağçada oyun meydançası, söhbətgah da vardır ki, bu da uşaqların asudə vaxtlarının səmərəli keçməsi üçün olduqca vacibdir.

Həmçinin əsas binada yataq otaqları, qrup oyun otaqları, qəbul otağı, texniki otaq, bufet, sanitar-uzel otağı, ütüləmə, mətbəx, tibb kabineti, qabyuma otağı da tikilir.

Bundan əlavə holl, direktor, müavin, kompyuter və dəftərxana otaqları da inşa olunur.

Eyni zamanda bağça həyətinə tamet plitələr düzüləçək. Yeni tikilən 80 yerlik 8 saylı körpələr evi-uşaq bağçasını ilin sonunda körpə fidanların istifadəsinə verilməsi nəzərdə tutulub.

Pərviz Əliyev, Ağdaş

DİGƏR XƏBƏRLƏR

Top