Səfirlik Moskvada yol qəzasında yaralanan azərbaycanlılar barədə

İyunun 16-da Moskva şəhərində taksi sürücüsünün piyada yoluna çıxaraq yeddi nəfəri vurması nəticəsində iki Azərbaycan vətəndaşı xəsarət alıb.

Azərbaycanın Rusiyadakı səfirliyindən Trend-ə bildirilib ki, insident haqqında məlumat səfirliyə daxil olan kimi səfir Polad Bülbüloğlunun göstərişi ilə soydaşlarımızın yerləşdiyi tibb müəssisəsi ilə əlaqə saxlanılıb.

Məlumata əsasən, xəsarət alanların vəziyyəti qənaətbəxş olduğundan onlar evə buraxılıblar.

DİGƏR XƏBƏRLƏR

Top