ABŞ-ın Corc Vaşinqton Universitetinin əməkdaşları Şəhrizad Rəhman və Hüseyn Askeri İslam dininə uyğun olan iqtisadi sistemi və ayrı-ayrı ölkələrin milli iqtisadiyyatlarının bu sistemə uyğunluğunu araşdırıblar.
Yeniavaz.com xəbər verir ki, Corc Vaşinqton Universitetinin alimləri İslam dininin əsas kitabı "Quran"da və Peyğəmbərin "hədis"lərində yer alan məlumatlara əsasən İslam iqtisadiyyatının 12 əsas prinsipini müəyyən ediblər:
1. İqtisadi imkanlar və iqtisadi azadlıqlar
2. İqtisadi idarəetmənin bütün aspektlərində ədalət
3. İşçilərin daha yaxşı müalicəsi, iş yerlərinin yaradılması və məşğulluğun artırılması
4. İnsanların bərabər təhsil alma imkanları
5. Yoxsulluğu aradan qaldırmaq, kömək etmək və insanların əsas (təməl) ehtiyaclarını təmin etmək, israf etməmək
6. Zənginlik və gəlir nisbətinin daha çox insanları əhatə etməsinə çalışmaq
7. Daha yaxşı sosial vergitutma və sosial rifah vasitəsilə infrastruktur və sosial xidmətlərin təmin edilməsi
8. Təbii resurslardan qənaətli şəkildə istifadə etmək
9. Yüksək mənəvi dəyərlər, dürüstlük və dövlət əmlakından şəxsi məqsədlər üçün istifadə olunmaması, yəni korrupsiyanın olmaması
10. İslam maliyyə sistemi ənənəvi borc müqavilələrindən fərqli olaraq risk mübadiləsinin tərəfdarıdır, yəni bu sistemdə risk bir tərəfin üzərinə düşmür
11. Maliyyə sahəsində spekulasyaların aradan qaldırılması
12. Ticarətin təşviq edilməsi
Corc Vaşinqton Universitetinin alimləri daha sonra 208 ölkənin iqtisadiyyatını araşdırıblar və hansı ölkənin iqtisadiyyatının yuxarıda qeyd olunan prinsiplərə daha çox uyğun gəldiyini müəyyən ediblər. Azərbaycan iqtisadiyyatı 208 milli iqtisadiyyat arasında İslam iqtisadi sisteminə uyğun gələn 80-ci iqtisadiyyat hesab olunur. Corc Vaşinqton Universitetinin alimləri İslam iqtisadi sisteminə daha çox uyğun gələn ölkələrin adlarını siyahının ilk sırasına qeyd etməklə 208 ölkəni əhatə edən cədvəl tərtib ediblər. Hesabata buradan baxa bilərsiniz.
Həmin cədvəldə yer alan bəzi ölkələrin adları və siyahıdakı mövqeləri belə olub: