Rusiyadan Ermənistana XÜSUSİ DİQQƏT

"Rusiyanın Ermənistandakı yeni səfiri Sergey Kopırkin iyunun 4-də etimadnaməsini Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakyana təqdim etməklə bu ölkədə rəsmən fəaliyyətə başlayıb. Maraqlıdır ki, Rusiyanın Ermənistandakı səfir postu cəmi ay yarım boş qalıb. Bundan əvvəlki səfir İvan Volınkin Ermənistanı aprelin ortalarında tərk edib".

Yeniavaz.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

"İndi gəlin xatırlayaq Rusiyanın Azərbaycandakı səfir postu neçə aydır boşdur - düz 6 ay! Keçmiş səfir Vladimir Doroxin Bakını noyabr ayında tərk edib. Yeni səfiri Mixail Boçarnikovu isə Rusiya prezidenti Vladimir Putin bu ayın əvvəlində təsdiq edib və səfir hələ etimadnaməsini Bakıda təqdim etməyib. Söhbət ondan getmir ki, Rusiya Azərbaycanda səfir postunu çox boş saxlamamalıdır. Əsas məsələ odur ki, Rusiya Azərbaycanda bir müddət səfirsiz keçinə bilir, Ermənistanı isə uzun müddətə nəzarətdən kənar qoymaq istəmir",-deyə politoloq vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top