ABŞ koalisiyası Suriyada əməliyyatların ikinci mərhələsinə başlayıb

ABŞ-ın rəhbərlik etdiyi koalisiya, onların Suriyadakı müttəfiqləri olan "Suriya demokratik qüvvələri" qruplaşması və İraq hərbçiləri ilə birgə Suriya və İraq sərhədində İŞİD-ə qarşı "Sürək" adı altında hərbi əməliyyatların ikinci mərhələsinə başlayıb.

Bu barədə bazar günü koalisiya məlumat yayıb.

"Suriya demokratik qüvvələri" bu gün Suriyanın şimal-şərqində İŞİD-in qalıqlarını təmizləmək üçün "Sürək ovu" adlı əməliyyatların ikinci mərhələsinin quru əməliyyatlarına başlayıb", - deyə koalisiyanın məlumatında bildirilir.

Qeyd olunur ki, İraqın təhlükəsizlik qüvvələri İŞİD üzvlərinin Suriyadan İraqa qaçışının qarşısını almaq üçün sərhəddə iştirakını gücləndirib.

"Sürək ovu" əməliyyatı mayın 1-də başlayıb. Uğurlu birinci mərhələ Suriyanın Deyr-əz-Zor əyalətinin Əl-Baquza-Fokani yaşayış məntəqəsinin azad edilməsi ilə başa çatıb. (Report)

DİGƏR XƏBƏRLƏR

Top