Qanunsuz silah gəzdirən şəxs saxlanıldı - Mingəçevirdə

Mingəçevirdə qanunsuz silah gəzdirən şəxs tutulub. Yeniavaz.com-un xəbərinə görə, şəhər polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 41 yaşlı şəhər sakini Vaqif Hüseynov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd 12 kalibr kustar üsulla lüləsi kəsilmiş odlu silah, sellofan torbanın içərisində sink qutuda olan 357 ədəd pulemyot və 20 ədəd avtomat gülləsi aşkarlanaraq götürülüb. Saxlanılan 41 yaşlı Vaqif Hüseynov əvvələrdə məhkumluq həyatı yaşayıb. Faktla bağlı şəhər polis şöbəsində araşdırmalar davam etdirilir.
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top