Suriya ABŞ-dan Ət-Tanfe bazasını tərk etməyi tələb edib

Suriya ABŞ-dan onların yaratdığı Ət-Tanfe bazasını tərk etməyi tələb edib. Bu barədə Suriyanın baş nazirin müavini və xarici işlər naziri Valid Muallem bildirib.

V.Muallem deyib: "ABŞ qoşunlarını Ət-Tanfe bazasını və bütün Suriya ərazisini tərk etdikdən sonra biz Cənubi Suriyada təhlükəsizlik üzrə saziş haqqında danışacağıq".

O, qeyd edib ki, Suriya hökuməti cənubdakı vəziyyətlə bağlı danışıqlarda hələlik iştirak etmir.(Trend)

DİGƏR XƏBƏRLƏR

Top