Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları 2013-cü ildə Ded Hasan (Aslan Usoyan) ləqəbli kriminal avtoteriteti öldürən killeri Moskvada saxlayıb.
Yeniavaz.com-un “Znak” saytına istinadən verdyi məlumata görə, bu barədə “Mash telegram-kanal”ı xəbər verir. Killer Azərbaycanda anadan olmuş Talıbxandı Hacıbaba Tahir oğludur və 36 yaşı var. O, Moskvanın şimal-şərqində yaşayıb və Hacı Beyləqanski adlı “qanuni oğrudur”. Beyləqanski Rövşən Lənkəranskinin sağ əli olub. Ded Hasan 2013-cü ildə restorandan çıxarkən snayer tüfəngindən öldürülüb.