“Yatmış şir” satıldı - FOTOLAR

“Yatmış şir” adlı dünyanın ən böyük mirvarisi hərraca çıxarılıb. Hərrac Hollandiyanın Venduehuis muzeyində baş tutub.

240 illik tarixə malik olan mirvarinin 340 min avro və ya 540 min funt-sterlinqə satılması planlaşdırılıb.

Mirvarinin sahibi Herman Domisse onu maddi çətinlik səbəbindən satdığını bildirib.

Hərrac zamanı mirvari 320 min avroya satılıb. Bir vaxtlar rus kraliçası II Yekaterinaya məxsus olan mirvarinin uzunluğu 7 santimetr, ağırlığı 120 qramdır.

Mirvarinin 1700-cü illərdə Çində tapıldığı iddia edilir. (Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top