Kukla Teatrı Mingəçevirdə

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı mingəçevirli balacaların qonağıdır. Dünən teatrın kollektivi Mingəçevir Dövlət Dram Teatrında iki tamaşa - “Tülkü və ayı”, “Tık-tık xanım” nağılını təqdim ediblər. Tamaşada Azərbaycan Respublikasının Əməkdar artisti, Prezident mükafatçısı, “Qızıl dərviş” mükafatı laureatı Rəhman Rəhmanov, yerli aktrisalardan Ruhəngiz Abdullayeva, Elmira İbrahimova, İlqar Rəhimov rol alıblar. Tamaşa balacalar tərəfindən sevinclə qarşılanıb. Teatrın direktoru Səxavət Məmmədovun təşəbbüsü ilə şəhərimizə dəvət alan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı bir neçə gün balaca fidanların qonağı olacaq.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top