Qazaxda avtomobil qəzası olub, yaralılar var

Qazax rayonunda avtomobil qəzası baş verib. Hadisə Ürkməzli yolunda qeydə alınıb. İlkin məlumata görə, " VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb. Qəza nəticəsində üç nəfər xəsarət alıb. Yaralılar Qazax rayon Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Hazırda onların kimlikləri müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.(Report)

DİGƏR XƏBƏRLƏR

Top