Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxma üzrə 11 təsdiqlənmiş hal aşkarlanıb.
Yeniavaz.com-un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, yoluxma faktlarından ikisi ölümlə nəticələnib.
Ümumilikdə son məlumatlara əsasən, söhbət 45 yoluxma halından gedir.
Bunun 14-ü təsdiqini tapıb. Həkimlər 500-dən çox adamı nəzarətə götürüblər.
Onlar Ebolaya yoluxmuş xəstələrlə təmasda ola bilərlər.
Bunadək Ümumdünya Səhiyyə Təşkilatı 5 mindən çox Ebola vaksini dozasını Konqo Demokratik Respublikasına göndərib.