İrəvanda etirazçılar merin kabinetinə girməyə çalışıblar

İrəvan meri Taron Marqaryanın istefasını tələb edən nümayişçilər şəhər adminisrasiyasının binasına zorla daxil olublar. Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, aksiya iştirakçıları merin kabinetinə keçməyə çalışıblar. Polis əməkdaşları və meriyanın əməkdaşları onların qarşısını kəsiblər. Merin əleyhdarları onu qeyri-səmərəli fəaliyyətdə və vətəndaşlar qarşısında hesabat verməməkdə ittiham edirlər. Qeyd edək ki, T. Marqaryan Serj Sarqsyanın başçılıq etdiyi Ermənistan Respublika Partiyasının üzvüdür.

DİGƏR XƏBƏRLƏR

Top